Ukrayna Prezidenti Volodimir Zelenski İlon Maskın “Azadlıq” ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb.
Redaksiya xəbər verir ki, Zelenski qərarı insanların həyat və azadlıqlarının qorunmasına verdiyi şəxsi töhfələr və Ukrayna ilə ABŞ xalqları arasında münasibətlərin inkişafındakı xidmətlərlə əsaslandırıb.
Fərmanda İlon Maskın bu xidmətlərinə görə Ukraynanın yüksək dövlət mükafatlarından biri olan “Azadlıq” ordeninə layiq görüldüyü bildirilir.
Təltif qərarı Ukrayna Prezidentinin rəsmi fərmanı ilə rəsmiləşdirilib.
