Türkiyənin S-400 sistemlərini geri qaytarma təşəbbüsü yenidən gündəmdədir

Türkiyənin S-400 sistemlərini geri qaytarma təşəbbüsü yenidən gündəmdədir

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin Rusiya istehsalı S‑400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmaq ehtimalı regional təhlükəsizlik gündəmini yenidən canlandırıb. Məsələnin yenidən gündəmə gəlməsi Ankara və Vaşinqton arasında uzun müddətdir davam edən gərginlik fonunda xüsusi diqqət çəkir.

Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, Türkiyə S‑400 sistemlərini Rusiyaya geri göndərməklə ABŞ ilə münasibətləri normallaşdırmağı və F‑30 beş proqramına dönüş yolunu açmağı nəzərdən keçirir. Məlumata görə, bu addım NATO daxilində hərbi əməkdaşlığın bərpasını asanlaşdırmaq məqsədi daşıyır.

Məsələ üzrə aparılan danışıqların hələ ilkin mərhələdə olduğu, qərarın siyasi, texniki və strateji aspektlərinin qiymətləndirildiyi bildirilir. Ankara ilə Vaşinqton arasında S‑400 məsələsinə görə yaranan gərginlik Türkiyənin F‑35 proqramından çıxarılması ilə nəticələnmişdi.

Ekspertlər qeyd edirlər ki, belə bir addım Türkiyənin Qərb təhlükəsizlik arxitekturasına inteqrasiyasını gücləndirə bilər. Lakin Moskvanın mümkün reaksiyası və bölgədəki hərbi balansın dəyişməsi ilə bağlı suallar açıq qalır.