Ermənistan mərkəzli “Tert” nəşri xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Ankaraya səfəri üç ölkə arasında regional təhlükəsizlik istiqamətində əməkdaşlığın gücləndiyini göstərir.
Redaksiya xəbər verir ki, nəşrin təhlilində bu görüşün, Türkiyə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın yeni mərhələsinə keçidin rəmzi olduğu vurğulanıb. Tərəflərin iqtisadi və enerji layihələri ilə yanaşı, müdafiə sahəsində də əməkdaşlığı inkişaf etdirməyə hazır olduqları qeyd edilib.
Məqalədə, Ankarada keçirilən danışıqların regionda sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və xarici təhdidlərə qarşı birgə mövqe nümayiş etdirilməsinə töhfə verəcəyi bildirilib.
Sevinc Kərimova
