Trampın xüsusi nümayəndəsi Rusiyaya qarşı enerji sanksiyalarının ləğvini təklif edib

Trampın xüsusi nümayəndəsi Rusiyaya qarşı enerji sanksiyalarının ləğvini təklif edib

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyanın enerji sektoruna tətbiq edilən sanksiyaların aradan qaldırılmasını təklif edib.

Redaksiya xəbər verir ki, Politico nəşrinin yaydığı məlumata görə, Vitkoff bu təşəbbüsü son günlərdə Vaşinqton və Moskva arasında aparılan gizli diplomatik müzakirələr zamanı irəli sürüb.

Qeyd edək ki, dünən Tramp Rusiya prezidenti Vladimir Putinlə danışığının onu tam qane etmədiyini bildirsə də, tərəflər arasında bir çox məsələdə razılaşma əldə edildiyi ehtimal olunur. Ekspertlərə görə, sanksiyaların ləğvi təklifinin də həmin razılaşmalar çərçivəsində müzakirə olunduğu güman edilir.

Sevinc Kərimova