ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığından narazı qaldığını açıqlayıb.
Redaksiya xəbər verir ki, Tramp Putinin davranışlarını tənqid edərək, onun sülh üçün real addımlar atmaq niyyətində olmadığını bildirib. “Putinlə görüşüm məni ciddi şəkildə məyus etdi. Artıq onun həqiqətən orada olduğunu düşünmürəm. Müharibəni dayandırmaq kimi bir istəyi görünmür”, — deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, bu vəziyyət son dərəcə narahatedicidir və Rusiya liderinin müharibənin davam etməsində maraqlı olduğu aydın şəkildə sezilir.
Sevinc Kərimova
