Macarıstanın Baş naziri Viktor Orban ABŞ və Rusiya prezidentlərinin planlaşdırılan görüşünü “sülhsevər dünya xalqları üçün böyük xəbər” adlandırıb.
Redaksiya xəbər verir ki, Orban X platformasında, Tramp və Putinin Macarıstanın paytaxtı Budapeştdə bir araya gələcəyini bildirib və bu görüş üçün Macarıstanın tam hazır olduğunu vurğulayıb.
Bütün bunların fonunda İran Milli Təhlükəsizlik Şurası dini lider Ayətullah Xameneinin Rusiya Prezidenti Putinə təcili mesaj göndərdiyini açıqlayıb. Ağ Ev isə Trampın Putinlə Zelenski arasında görüşün hələ də mümkün olduğuna inandığını və bu məsələni Putinə çatdıracağını bildirib.
