ABŞ Prezidenti Donald Tramp Qəzzadakı böhranla bağlı yayımlanan bəzi görüntüləri izlədikdən sonra məyusluğunu ifadə edib.
Redaksiya xəbər verir ki, “Washington Post”un məlumatına görə, Tramp gördüyü mənzərədən dərin şəkildə təsirləndiyini və vəziyyətdən narazı qaldığını bildirib.
Digər tərəfdən, “Axios”un yaydığı xəbərə görə, ABŞ Dövlət katibi Marko Rubio girov ailələri ilə keçirdiyi görüşdə Qəzzadakı son danışıqların uğursuzluğa düçar olmasından sonra “bu vəziyyəti ciddi şəkildə düşünməliyik” deyə bildirib.
Qəzzadakı atəşkəsə dair aparılan danışıqların nəticəsiz qalması, ABŞ administrasiyasının münaqişəyə yanaşmasında dönüş nöqtəsi ola bilər. Ekspertlər ABŞ-ın bölgədəki siyasətində dəyişikliklərin ola biləcəyini istisna etmirlər.
Sevinc Kərimova
