ABŞ prezidenti Donald Tramp Qəzzadakı humanitar böhranla bağlı növbəti açıqlaması ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkib.
Redaksiya xəbər verir ki, Tramp Qəzzada uşaqların aclıqdan həyatını itirdiyini bildirib: “Qəzzada uşaqlar aclıqdan ölür. Ürəyi olan hər kəs bu vəziyyətin dəhşətli olduğunun fərqindədir,” — deyə o vurğulayıb.
Prezidentin bu açıqlaması son günlər bölgədə artan humanitar böhran fonunda verilib. Tramp daha əvvəl də Qəzzada açlıqla mübarizə üçün qida mərkəzləri qurulmasını təklif etmişdi.
Sevinc Kərimova
