Tramp Qəzza məsələsinə son qoymaq üçün İslam ölkələrinə planını təqdim etdi

Tramp Qəzza məsələsinə son qoymaq üçün İslam ölkələrinə planını təqdim etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Qəzza gərginliyinə son qoymaq məqsədilə ilk sülh planını açıqlayıb. İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, plana girovların azad edilməsi, daimi atəşkəsin elan olunması, İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi, HƏMAS-sız müharibədən sonrakı Qəzza idarəçiliyi, bölgədə ərəb təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və yenidənqurma üçün ərəb maliyyələşdirməsi daxildir.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, ərəb liderləri bu təşəbbüsü dəstəkləsələr də, bir sıra şərtlər irəli sürüblər. Onlar İsrailin yeni ilhaq addımlarından və yaşayış məntəqələrinin genişləndirilməsindən imtina etməsini, Əl-Əqsa məscidinin statusunun qorunmasını və humanitar yardımın artırılmasını tələb ediblər.

Məlumata görə, detallı plan hazırlanmaqdadır və bu məsələ ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahu ilə görüş bazar ertəsinə nəzərdə tutulub.