Permdə azərbaycanlı diaspor rəhbərlərindən biri həbs edilib - VİDEO

Permdə azərbaycanlı diaspor rəhbərlərindən biri həbs edilib - VİDEO

Nizami Salmanov · Media ·

Rusiyanın Perm şəhərində azərbaycanlı diasporunun rəhbərlərindən biri Ruslan Məmməd oğlu Məmmədov həbs edilib. O, rüşvət verilməsində vasitəçilik etməyə cəhddə ittiham olunur.

Redaksiya xəbər verir ki, xüsusi xidmət orqanlarının məlumatına görə, Məmmədov Perm sakininin cinayət təqibinə qanunsuz şəkildə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşlarına pul təklif etməyə cəhd göstərib.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin rüşvət verilməsində vasitəçiliklə bağlı 291.1-ci maddəsinin 5-ci hissəsi üzrə cinayət işi başlanıb və istintaq davam edir.

Məhkəmə təqsirləndirilən şəxsin oktyabrın 7-dək həbsdə saxlanılması barədə qərar verib. Həbs müddətinin sonradan uzadılması da mümkündür.

Bundan əlavə, Məmmədovun Rusiyaya girişinin 4 iyun 2076-cı ilədək qadağan edilməsi barədə qərar qəbul olunduğu bildirilir. İttihamlar üzrə yekun hüquqi qiyməti məhkəmə verəcək.