Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları tanımadığını və Vaşinqtonun bu həftə başladığı iqtisadi təzyiq kampaniyasına qoşulmayacağını bildirib.
Redaksiya xəbər verir ki, Pekin ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi iqtisadi müharibə və təcrid siyasətini qəbul etmədiyini açıqlayıb.
Çin tərəfi İranla iqtisadi və ticarət əlaqələrinin ABŞ sanksiyalarına uyğun şəkildə məhdudlaşdırılmayacağını vurğulayıb. Pekin birtərəfli sanksiyalara qarşı olduğunu və bu cür tədbirlərin beynəlxalq hüquqi əsasının olmadığını dəfələrlə bildirib.
Açıqlama ABŞ-nin İranı iqtisadi cəhətdən təcrid etmək səyləri fonunda Çin və Vaşinqton arasında yeni fikir ayrılığını ortaya qoyur.
