Koviddən sonra hər 20-ci gənc dostsuz qalıb

Koviddən sonra hər 20-ci gənc dostsuz qalıb

Aytac Dəniz · Media ·

Pandemiyadan sonrakı dövrdə gənclər arasında sosial təcridin gözlənildiyindən daha ciddi problemə çevrildiyi bildirilir. Financial Times-ın məlumatına görə, xüsusilə 23-29 yaş aralığında olan gənclərin bir hissəsi normal sosial həyata tam qayıda bilməyib.

Redaksiya istinadla xəbər verir ki, bu yaş qrupunda bəzi insanlar yeni tanışlıqlar qurmaqda çətinlik çəkir, dostluq əlaqələrini daha az davam etdirir və canlı ünsiyyəti getdikcə telefon, qısa videolar və sonsuz sosial media istifadəsi ilə əvəz edir.

Məlumata görə, distant iş rejimi, telefon danışıqları əvəzinə yazışmalara üstünlük verilməsi və gündəlik ehtiyacların evdən çıxmadan həll edilə bilməsi bu vərdişləri daha da möhkəmləndirib.

Nəticədə müasir insan işləyə, yemək sifariş edə, əylənə və hətta yeni insanlarla tanış ola bilər, amma bütün bunları demək olar ki, evdən çıxmadan həyata keçirir.

Financial Times qeyd edir ki, pandemiya məhdudiyyətlərinin sosial əlaqələrə uzunmüddətli təsiri xüsusilə gənclər arasında daha aydın görünür və tənhalıq artıq təkcə fərdi deyil, daha geniş sosial problem kimi qiymətləndirilir.