Trampın nümayəndəsi: “Qəzza ilə bağlı irəliləyiş yaxın günlərdə açıqlana bilər”

Trampın nümayəndəsi: “Qəzza ilə bağlı irəliləyiş yaxın günlərdə açıqlana bilər”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff çıxışında bildirib ki, Qəzza gərginliyi ilə əlaqədar mühüm bir dönüş yaxın günlərdə elan oluna bilər.

Redaksiya xəbər verir ki, Uitkoff bu barədə danışarkən deyib: “Ümid edirik və inamla söyləyə bilərik ki, yaxın günlərdə Qəzza ilə bağlı müəyyən bir irəliləyiş elan edəcəyik.”

O, həmçinin Trampın müharibəyə son qoymaq məqsədilə hazırladığı 21 maddəlik planı tərəflərə təqdim etdiklərini və bu planın müzakirə olunduğunu vurğulayıb.