ABŞ prezidenti Donald Tramp, Vaşinqtondakı Ağ Evdə yerləşən fövqalədə toplantı otağında (Situation Room) Milli Təhlükəsizlik Şurasının (NSC) təcili hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.
Redaksiya xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb. Eyni zamanda, Trampın Tehran sakinlərinə şəhəri dərhal tərk etməyi tövsiyə etdiyi çıxışından dərhal sonra onlarca ABŞ hərbi təyyarəsinin Yaxın Şərq istiqamətində havaya qalxdığı bildirilib.
Hazırda beynəlxalq diplomatik kanallarda və bölgədə vəziyyətin daha da gərginləşdiyi vurğulanır.
Sevinc Kərimova
