Tramp: “Hamı dərhal Tehranı tərk etməlidir!”

Tramp: “Hamı dərhal Tehranı tərk etməlidir!”

Sevinc Kərimova · Dünya ·

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni bəyanatla çıxış edib. O, İranın nüvə razılaşmasını vaxtında imzalamamasının ciddi nəticələr doğurduğunu bildirib.

Redaksiya xəbər verir ki, Tramp Truth Social sosial media hesabında yazıb: “İran mənim dediyim o ‘razılaşmanı’ imzalamalı idi. Bu, həm utancverici, həm də insan həyatının boşa getməsidir. Sadə şəkildə desək: İRAN NÜVƏ SİLAHINA SAHİB OLA BİLMƏZ. Bunu dəfələrlə demişəm! Hamı dərhal Tehranı tərk etməlidir!

ABŞ prezidentinin bu bəyanatı Yaxın Şərqdə gərginliyin daha da artdığı vaxta təsadüf edir. Hazırda bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalı ciddi şəkildə müzakirə olunur.

Sevinc Kərimova