Almaniyanın "Der Spiegel" jurnalı ABŞ prezidenti Donald Trampın İrana münasibətdəki mövqeyinin çətinləşdiyini iddia edib. Məlumata görə, Trampın hərbi və diplomatik seçimləri tükənib və o, hazırda nə uduzmadan qurtula biləcəyi, nə də ləyaqətlə geri çəkilə biləcəyi bir müharibənin ortasında qalıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti tez və qəti bir razılıq vədi ilə siyasətə daxil olmuşdu. Lakin indi İranın dünya enerji axarlarını hədəfə alması Trampı çıxılmaz bir tələyə salıb. Bu vəziyyətdən çıxış yolu və ya strateji intihardan qurtulmaq üçün aydın bir planı görünmür.
Bu vəziyyət, Tramp administrasiyasının İranla bağlı apardığı siyasətin nəticəsidir. Başlanğıcda vəd edilən sürətli həll yolları reallaşmayıb.Əksinə, regionda gərginlik artaraq ABŞ-ı daha da mürəkkəb bir duruma salıb.
