Trump'ın Başlattığı Savaş ABD'de Yasa Dışı Sayılabilir

Trump'ın Başlattığı Savaş ABD'de Yasa Dışı Sayılabilir

Arzu Qafarova · Media ·

ABŞ prezidenti Donald Tramp və onun tərəfdarlarının İranda başlatdığı müharibənin Birləşmiş Ştatların özündə qanunsuz hesab oluna biləcəyi iddia edilir. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Konstitusiya Hüquqları Mərkəzinin baş hüquqşünası Uells Dikson: "Bunlar hərbi siyasətin məqsədləridir. Onlar başqa bir ölkəyə silahlı hücum üçün hüquqi əsas təşkil etmir",- deyə bildirib.

ABŞ Dövlət Departamentinin keçmiş hüquqşünası Brayan Finukeyn də qanuni müdafiə tələblərinin pozulduğunu vurğulayıb. O, Birləşmiş Ştatların İsrail tərəfini hücumdan çəkindirmək imkanına malik olduğunu qeyd edib.

Reddinq Universitetinin beynəlxalq hüquq professoru Marko Milanoviç əlavə edib ki, müttəfiqi cilovlamaq əvəzinə ABŞ-nin hərbi əməliyyata başlaması məntiqsizdir.

Bir sıra siyasətçilər də ekspertlərin qiymətləndirməsi ilə razılaşdıqlarını bildiriblər. Məsələn, Demokrat Partiyasından Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner qeyd edib ki, ABŞ üçün dərhal təhlükə yoxdur.