ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, Yaxın Şərq siyasətində yeni dövrün başlandığını açıqlayıb. Barrak, ABŞ Prezidenti Donald Trampın yanaşmasına istinad edərək, regionda müdaxiləsiz, tərəfdaşlığa əsaslanan diplomatiyanın önə çıxacağını bildirib.
Redaksiya məlumat verir ki, Barrak çıxışında aşağıdakı fikirləri səsləndirib:
“Artıq Qərbin müdaxilə dövrü başa çatıb. Prezident Trampın dediyi kimi, Yaxın Şərqə uçub sizə necə yaşamalı olduğunuzu və ölkələrinizi necə idarə etməli olduğunuzu izah etdiyimiz dövrlər geridə qaldı.”
O əlavə edib ki:
“Gələcək, regional həllərə, qarşılıqlı hörmətə və tərəfdaşlığa əsaslanan diplomatiya ilə formalaşacaq.”
Barrakın bu bəyanatı, ABŞ-ın Tramp dövründəki xarici siyasət strategiyasına dönüş işarəsi kimi qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, bu yanaşma Yaxın Şərqdə daha çox yerli aktorların öhdəlik və təşəbbüslərinə əsaslanan sabitlik modelini önə çıxarır.
Sevinc Kərimova
