Time jurnalı Qəzza razılaşmasını “Onun zəfəri” adlandırdı

Time jurnalı Qəzza razılaşmasını “Onun zəfəri” adlandırdı

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın nüfuzlu Time jurnalı Qəzzada atəşkəs razılaşmasının əldə edilməsindən sonra Prezident Donald Trampın fotosunu üz qabığına çıxarıb və bunu “Onun zəfəri” başlığı ilə təqdim edib.

Redaksiya xəbər verir ki, jurnalda dərc olunan məqalədə bu razılaşmanın Trampın ikinci prezidentlik dövrünün ən mühüm nailiyyətlərindən biri ola biləcəyi və Yaxın Şərq üçün strateji dönüş nöqtəsi sayılacağı qeyd olunub.

Nəşr Trampın vasitəçiliyi ilə İsrail və Fələstin arasında imzalanan sazişi “tarixi diplomatik uğur” kimi dəyərləndirib.