Sevinc Kərimova

TƏCİLİ! İran Qətər və İraqı vurdu!
Sevinc Kərimova · Hərbi ·
İranın Qətərin Əl-Rayyan ərazisində yerləşən Əl-Udeyd hərbi bazasına və İraqda ABŞ-ın hərbi obyektlərinə 6 raket atdığı bildirilib. Partlayış səsləri Dohadan 30 kilometr məsafədə və İraqın müxtəlif bölgələrində eşidilib.
Redaksiya xəbər verir ki, hücum ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq həyata keçirilib. Qətər və İraq hökumətləri hava məkanlarını bağlayıb, təhlükəsizlik tədbirlərini gücləndiriblər.
ABŞ rəsmiləri hücumla bağlı rəsmi açıqlama verməyib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Regionda gərginlik pik həddə çatıb.
Beynəlxalq ictimaiyyət eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlərə çağırış edir.