Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşdığına dair iddiaları sübutsuz adlandırıb.
Redaksiya xəbər verir ki, Stubb bu qiymətləndirməni əlində olan xüsusi xidmət məlumatlarına əsasən verdiyini bildirib.
Finlandiya Prezidenti Rusiyanın NATO ərazisinə hücum hazırladığı barədə fikirləri “büllur kürəyə baxmaq”la müqayisə edib və belə bir nəticəni dəstəkləyən konkret fakt və sübut görmədiyini vurğulayıb.
Stubb eyni zamanda Rusiyanın uzunmüddətli təzyiqlərə davam gətirmək qabiliyyətinə diqqət çəkərək ölkənin səbir və dayanıqlılıq nümayiş etdirdiyini bildirib.
Onun açıqlamaları Rusiyanın NATO ölkələrinə mümkün hücumu ilə bağlı Avropada davam edən təhlükəsizlik müzakirələri fonunda səslənib.
