Sİ beyin əməliyyatında cərrahların “ikinci gözü” olub

Sİ beyin əməliyyatında cərrahların “ikinci gözü” olub

Aytac Dəniz · Media ·

Londonda cərrahlar ilk dəfə beyin əməliyyatı zamanı süni intellektdən istifadə edərək görmə sinirlərinə təzyiq edən 11 millimetrlik hipofiz şişinin çıxarılmasına kömək ediblər.

Redaksiya xəbər verir ki, yüzlərlə cərrahi video üzərində öyrədilmiş Sİ sistemi əməliyyat zamanı gizli qan damarlarını və sinirləri real vaxt rejimində işarələyərək cərrahlara daha təhlükəsiz müdaxilə sahələrini müəyyənləşdirməyə kömək edib.

Professor Hani Markus texnologiyanı cərrahlar üçün “ikinci bir cüt göz” kimi xarakterizə edib. Bununla yanaşı, əməliyyat zamanı bütün yekun qərarların cərrah tərəfindən verildiyi vurğulanıb.

48 yaşlı Ris Hibbert əməliyyatdan sonra bir ildən sonra ilk dəfə görmə qabiliyyətinin aydınlaşdığını, başgicəllənmə probleminin isə aradan qalxdığını bildirib.

Komanda növbəti mərhələdə daha funksional Sİ cərrahi assistenti hazırlamağı və texnologiyanı daha geniş klinik sınaqlarda yoxlamağı planlaşdırır.