Samsung Heavy Industries süni intellekt üçün məlumat mərkəzlərini dənizdə yerləşdirməyə hazırlaşır. Şirkətin 50 MVt və 200 MVt gücə malik üzən məlumat mərkəzləri üçün hazırladığı layihələrin təsdiqləndiyi bildirilir.
Redaksiya xəbər verir ki, yeni platformalarda serverlərin soyudulması üçün dəniz suyundan istifadə olunması nəzərdə tutulur. Bu yanaşma ənənəvi quru məlumat mərkəzlərində soyutmaya sərf olunan enerji və su tələbatını azaltmağa kömək edə bilər.
Layihələrdə platformaların öz enerji təminatının bir hissəsini və ya hamısını müstəqil şəkildə istehsal edə bilməsi də nəzərdə tutulur.
Üzən məlumat mərkəzləri yüksək enerji tələbatı olan Sİ infrastrukturu üçün alternativ həll kimi hazırlanır. Bu konsepsiya torpaq sahəsinə ehtiyacı azaltmaqla yanaşı, dənizdə mövcud enerji və soyutma imkanlarından istifadə etməyə yönəlib.
