S-400 sistemləri Şama göndərilə bilər – Türkiyədən təklif

S-400 sistemləri Şama göndərilə bilər – Türkiyədən təklif

Sevinc Kərimova · Hərbi ·

Milliyyət qəzetinin baş redaktoru Özay Şendir bildirib ki, İsraillə mümkün müharibə vəziyyətində Suriya Türkiyənin ön cəbhəsi olacaq.

Redaksiya xəbər verir ki, Şendir bu səbəbdən Ankaranın Şamın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məcburiyyətində olduğunu vurğulayıb. O, Moskva ilə razılaşaraq S-400 sistemlərinin Suriyaya göndərilməsinin belə gündəmə gələ biləcəyini qeyd edib.

Şendir əlavə edib ki, bu yolla həm Suriya müdafiə baxımından gücləndirilə bilər, həm də bölgədə İsrailin hərbi üstünlüyünün qarşısı alına bilər.

Sevinc Kərimova