Ryanair təyyarəsinin təcili eniş səbəbi məlum olub

Ryanair təyyarəsinin təcili eniş səbəbi məlum olub

Aytac Dəniz · Media ·

Varşavadan Lidsə uçan Ryanair təyyarəsinin Amsterdamın Sxiphol hava limanında təcili eniş etməsinin səbəbi məlum olub.

Redaksiya “De Telegraaf”a istinadla xəbər verir ki, təyyarədə təcili tibbi yardıma ehtiyacı olan şəxs olub.

Məlumata görə, məhz bu səbəbdən reys Amsterdamda dayandırılıb və hava limanında təcili yardım xidmətləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Daha əvvəl təyyarənin “göyərtədə fövqəladə vəziyyət” səbəbilə Sxipholda təcili eniş etdiyi bildirilmişdi.

Sərnişinlərin bu gecə uçuşlarını davam etdirəcəyi açıqlanıb.