Ruzbeh Məmməd vəzifəsindən ayrıldı

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı

Aytac Dəniz · Səhiyyə ·

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Gülümov (Məmməd) vəzifəsindən ayrılıb.

Bununla bağlı o, sosial hesabında paylaşım edib.

O, işdən öz istəyi ilə ayrıldığını bildirib:

"Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu, çox yaxşı anlaşdıq. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim. Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram".

Qeyd edək ki, R.Məmməd 2023-cü ildən sözügedən vəzifəni icra edirdi. Əvvəllər müxtəlif KİV-lərdə işləyib.