NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrinin Qırmızı dənizdə husilərə qarşı müstəqil şəkildə kifayət qədər hərbi gücə malik olmadığını bildirib.
Redaksiya xəbər verir ki, Rutte Avropa dövlətlərinin bu məsələdə niyə hələ də ABŞ-dan dəstək gözlədiyi ilə bağlı suala cavab verərkən bunun əsas səbəbinin hərbi imkanların məhdudluğu olduğunu deyib.
NATO rəhbərinin sözlərinə görə, Avropa ölkələri hazırda Qırmızı dənizdə husilərin yaratdığı təhlükəyə qarşı genişmiqyaslı əməliyyatları ABŞ-ın dəstəyi olmadan həyata keçirə biləcək səviyyədə deyil.
Rutte daha əvvəl də Avropa NATO üzvlərini müdafiə xərclərini və hərbi imkanlarını artırmağa çağırıb. O, alyans daxilində yük bölgüsünün daha balanslı olmasının vacibliyini dəfələrlə vurğulayıb.
