Rusiyada onkologiya xəstələri üçün pulsuz peyvənd tətbiq olunacaq

Rusiyada onkologiya xəstələri üçün pulsuz peyvənd tətbiq olunacaq

Sona Osmanova · Media ·

Bu il Rusiya vətəndaşları üçün onkoloji xəstəlikləri müalicə edən pulsuz peyvəndin tətbiqinə başlanılacaq. Səhiyyə Nazirliyinin layihəsi çərçivəsində həyata keçiriləcək bu təşəbbüs, reallıqdır və heç bir təbliğat xarakteri daşımır.

Redaksiya məlumat verir ki, bu peyvənd xərçəngin profilaktikası deyil, onun müalicəsi üçün nəzərdə tutulub. Hər bir peyvənd fərdi şəkildə, konkret şəxs üçün hazırlanır. Bu prosesdə xəstənin orqanizmindən götürülən şiş nümunəsi əsasında ona qarşı "silah" hazırlanır.

Peyvəndin artıq hazır olduğu və bütün klinik sınaqlardan uğurla keçdiyi bildirilir. Gələn il, yəni 2026-cı ildə bu peyvənd icbari tibbi sığorta (OMS) sisteminə daxil ediləcək. Bu, onkoloji xəstələrin müalicəsində yeni bir dövrün başlanğıcı olacaq.