Rusiya Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.
Redaksiya xəbər verir ki, Rosselxoznadzor mayın 30-dan etibarən Ermənistandan xiyar, pomidor, bibər və çiyələyin Rusiyaya gətirilməsini dayandıracaq.
Qərarın fitosanitar tələblərlə bağlı olduğu bildirilir.
Rusiya tərəfi idxal olunan məhsullarda karantin obyektləri və təhlükəsizlik standartları ilə bağlı pozuntuların aşkarlanmasını əsas gətirir.
Qadağa Ermənistanın kənd təsərrüfatı ixracatçıları üçün ciddi iqtisadi zərbə ola bilər. Rusiya bazarı uzun illərdir erməni tərəvəz və giləmeyvə istehsalçıları üçün əsas satış istiqamətlərindən biri hesab olunur.
Hadisə Moskva ilə İrəvan arasında siyasi münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.
