Rubio 25,8 milyard dollarlıq silah satışını təsdiqləyib

Rubio 25,8 milyard dollarlıq silah satışını təsdiqləyib

Yulduz Səlimov · Media ·

ABŞ dövlət katibi Marko Rubio Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə 25,8 milyard dollarlıq təcili silah satışını təsdiqləyib.

Redaksiya “Bloomberg”ə istinadla xəbər verir ki, bu məbləğ əvvəl açıqlanan 8,6 milyard dollarlıq göstəricidən təxminən üç dəfə çoxdur.

Məlumata görə, paketə çoxlu sayda “Patriot” raketdən müdafiə sistemi üçün tutucu raketlər daxildir. Bu silahların bölgədə hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıdığı bildirilir.

Bununla belə, tədarük prosesinin illərlə uzana biləcəyi qeyd olunur. Buna səbəb ABŞ-da istehsal gücünün məhdud olması və “Patriot” raketlərinə qlobal tələbatın yüksək səviyyədə qalmasıdır.