Ronaldo Beşiktaş iddialarına son qoydu: “Al Nassr”da qalıram

Ronaldo Beşiktaş iddialarına son qoydu: “Al Nassr”da qalıram

Fərid Əlizadə · İdman ·

Son günlər mətbuatda Kriştiano Ronaldonun Türkiyənin “Beşiktaş” klubu ilə danışıqlar apardığına dair iddialar yayılmışdı. Sosial mediada futbolçunun meneceri ilə İstanbulda görüşdüyü bildirilirdi və bu, azarkeşlər arasında ciddi müzakirələrə səbəb olmuşdu. Ancaq bütün bu iddialara Ronaldo özü nöqtə qoydu.

Redaksiya xəbər verir ki, portuqaliyalı ulduz növbəti mövsümdə də “Al Nassr” klubunda qalacağını açıqlayıb. Ronaldo bildirib ki, Səudiyyə Ərəbistanı təmsilçisindəki məqsədlərinə hələ tam çatmayıb və komandasına titul qazandırmaq üçün mübarizəni davam etdirəcək.

Bu bəyanatla Ronaldo Avropaya dönüş və xüsusilə Beşiktaşa transferi ilə bağlı yayılan şayiələri təkzib etmiş oldu. O, həmçinin “Al Nassr”la hələ tamamlanmamış bir layihənin içində olduğunu və bu komandada qalmaq qərarının tam şüurlu verildiyini qeyd edib.

Fərid Əlizadə