İngiltərənin nüfuzlu nəşrlərindən biri olan Mirror, futbol dünyasında sürpriz yaradan iddia ilə çıxış edib. Nəşrin məlumatına görə, portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldo karyerasını Türkiyədə davam etdirə bilər.
Redaksiya Mirror-a istinadən xəbər verir ki, Ronaldo ilə İstanbul təmsilçisi Beşiktaş arasında ilkin təmasların olduğu və “qara-ağlılar”ın transfer üçün ciddi maraq göstərdiyi qeyd olunub. Klub rəhbərliyinin bu transferlə həm texniki gücünü artırmaq, həm də dünya miqyasında marketinq üstünlüyü qazanmaq istədiyi vurğulanır.
Xəbərdə, Ronaldo ilə hazırda çıxış etdiyi Əl-Nassr klubu arasında bəzi narazılıqların meydana gəldiyi, futbolçunun isə Avropaya və ya böyük futbol ölkələrinə qayıtmaq istədiyi qeyd edilir.
Hələlik nə Ronaldo, nə də Beşiktaş rəhbərliyi məsələyə dair rəsmi açıqlama verməyib. Lakin bu xəbər qısa zamanda sosial mediada böyük rezonans doğurub və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Fərid Əlizadə
