Braziliyalı sabiq futbolçu Roberto Karlos İslam dinini qəbul etməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Redaksiya xəbər verir ki, Roberto Karlos belə bir qərar verəcəyi təqdirdə bunu şəxsən özünün açıqlayacağını vurğulayıb.
O, İslam dini haqqında tədricən məlumat topladığını və onu öyrəndiyini deyib. Bununla belə, hazırda dinini dəyişməsi barədə yayılan məlumatları təkzib edib.
Roberto Karlos doğru olmayan məlumatların onun adından yayılmasından narazılığını ifadə edərək, həqiqətə uyğun olmayan məsələlər barədə danışılmasını sevmədiyini bildirib.
