Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün planlaşdırılan beynəlxalq sabitlik qüvvəsinin tərkibi formalaşmağa başlayıb. Yayılan məlumatlara görə, bu birliyə Azərbaycan, İndoneziya və Pakistan qoşunlarının daxil edilməsi nəzərdə tutulur.
Redaksiya Ynet-ə istinadla xəbər verir ki, İsrail tərəfi bu qüvvənin tərkibinə daxil olacaq ölkələrə dair vetodan istifadə edə biləcəyini açıqlayıb. Rəsmi Tel-Əviv bəyan edib ki, İsrailin etiraz etdiyi hər hansı ölkə kontingentinin missiyada iştirakına icazə verilməyəcək.
Qeyd edək ki, Qəzzaya beynəlxalq qüvvə göndərilməsi ideyası son həftələrdə ABŞ və BMT səviyyəsində aparılan danışıqların əsas mövzularından biri olub.
