Putinin kompüterində aktivləşdirilməmiş Windows diqqət çəkib

Putinin kompüterində aktivləşdirilməmiş Windows diqqət çəkib

Fərid Əlizadə · Media ·

Rusiya Prezidenti Vladimir Putinin onlayn səsvermə zamanı istifadə etdiyi kompüterin ekranında Windows əməliyyat sisteminin aktivləşdirilməsi ilə bağlı bildirişin göründüyü iddia olunur.

Redaksiya xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ekranın aşağı hissəsində Windows-un aktivləşdirilməsi barədə standart xəbərdarlıq mətninin yer aldığı görünür. Bu detal qısa zamanda istifadəçilərin diqqətini çəkərək müzakirələrə səbəb olub.

Bununla belə, belə bildirişin görünməsi əməliyyat sisteminin pirat olması demək deyil. Windows lisenziyasının aktivləşdirilməməsi, korporativ aktivasiya problemi və ya texniki sazlama kimi müxtəlif səbəblər eyni xəbərdarlığın ekranda görünməsinə səbəb ola bilər.

Kreml və ya Rusiya prezident administrasiyası sözügedən kompüterdə istifadə olunan Windows lisenziyası ilə bağlı ayrıca açıqlama verməyib.