PS5 ABŞ mağazalarında tükənib

PS5 ABŞ mağazalarında tükənib

Fərid Əlizadə · Media ·

PS5 Pro konsolunun ABŞ-də bir sıra iri pərakəndə satış şəbəkələrində tükəndiyi bildirilir. Best Buy, Target və Amazon daxil olmaqla əsas satıcılarda cihazın stokda olmadığı qeyd olunur.

Redaksiya xəbər verir ki, hazırda konsolu əsasən Sony-nin öz satış kanallarından və ya təkrar satış bazarından əldə etmək mümkündür.

Məlumata görə, PS5 Pro-nun rəsmi qiyməti təxminən 900 dollar olduğu halda, təkrar satış bazarında qiymətlər 1 200 dollar və daha yüksək səviyyəyə qalxıb.

Tələbatın artması GTA VI-nın gözlənilən buraxılışı ilə əlaqələndirilir. Bildirilir ki, çoxsaylı oyunçular yeni oyuna hazırlıq məqsədilə əvvəlcədən PS5 Pro almağa çalışıblar.