İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı Tehran və Moskvanı strateji tərəfdaşlar adlandırıb və iki ölkənin ABŞ-nin “aqressiyasına” qarşı əməkdaşlıq etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Pezeşkian İran və Rusiyanın regional və beynəlxalq məsələlərdə koordinasiyanı davam etdirdiyini vurğulayıb.
İran Prezidenti ABŞ-ni iranlı tələbələrin və gənclərin ölümündə ittiham edərək Vaşinqtonun demokratik dəyərlərlə bağlı bəyanatlarını tənqid edib.
Pezeşkianın açıqlamaları İran tərəfinin siyasi mövqeyini əks etdirir. Onun ABŞ-la bağlı səsləndirdiyi ittihamlara dair ayrıca müstəqil təsdiq təqdim olunmayıb.
