Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov müdafiə texnologiyaları sahəsində öz şirkətini yaradacağını açıqlayıb.
Redaksiya xəbər verir ki, yeni layihənin ilk əsas investorlarından biri ABŞ-nin Palantir şirkətinin baş direktoru Aleks Karp olacaq.
Fedorovun şirkətinin konkret olaraq hansı müdafiə texnologiyaları üzərində işləyəcəyi və investisiyanın həcmi barədə hələ ətraflı məlumat verilməyib.
Palantir müdafiə və təhlükəsizlik sektoru üçün məlumatların emalı, analitika və Sİ əsaslı proqram həlləri hazırlayan ABŞ texnologiya şirkətlərindən biridir.
