Macarıstanda Peter Maqyar bu gün rəsmi olaraq baş nazir vəzifəsinin icrasına başlayacaq.
Redaksiya xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edərək “Tanrı Macarıstanı qorusun! Ölkə daxilində və xaricində yaşayan bütün macarları Tanrı qorusun!” ifadələrini işlədib.
Peter Maqyarın paylaşımı sosial şəbəkələrdə geniş diqqət çəkib və yeni hökumətin siyasi kursu ilə bağlı müzakirələri artırıb.
Məlumata görə, yeni baş nazirin hökumətinin bu gün rəsmi şəkildə fəaliyyətə başlaması gözlənilir.
Peter Maqyar son aylarda ölkədə müxalif siyasi yüksəlişin əsas simalarından biri kimi ön plana çıxmışdı.
