Pentaqon İran müharibəsində 19-cu hərbçi itkisini açıqlayıb

Pentaqon İran müharibəsində 19-cu hərbçi itkisini açıqlayıb

Vüsal Şahbazov · Media ·

ABŞ Müdafiə Nazirliyi İran müharibəsi ilə əlaqəli daha bir hərbçinin ölümünü rəsmi statistikaya əlavə edib. Bununla Pentaqonun ictimai şəkildə açıqladığı ölən amerikalı hərbçilərin sayı 19-a çatıb. Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ ordusu sonuncu ölən hərbçinin 37 yaşlı kapitan Bianka C. Vilkerson olduğunu açıqlayıb. O, Qətərin Doha şəhərində hərbi əməliyyatlara dəstək verərkən sentyabrın 18-də döyüşlə əlaqəli olmayan tibbi fövqəladə vəziyyət nəticəsində həyatını itirib.

Bununla belə, ABŞ rəsmiləri regionda ölən amerikalı hərbçilərin faktiki sayının Pentaqonun açıq məlumat bazasında göstəriləndən daha yüksək olduğunu bildirirlər. Beş ABŞ rəsmisinin məlumatına görə, İranla münaqişə başlayandan bəri azı 22 hərbçi ölüb. Digər bir rəsmi isə bu rəqəmin 23 olduğunu bildirib.

Məlumata görə, əlavə ölüm hallarının hamısının birbaşa döyüş əməliyyatları ilə əlaqəsi təsdiqlənməyib. Buna baxmayaraq, həmin hərbçilər İranla qarşıdurma dövründə Yaxın Şərqdə xidmət ediblər və onların bir qisminin ölümü Pentaqonun ictimai itki statistikasında hələ əksini tapmayıb.