Patel barədə məqalə yeni qalmaqal yaradıb

Patel barədə məqalə yeni qalmaqal yaradıb

Nizami Salmanov · Media ·

ABŞ-da FBI direktoru Kaş Patel barədə yazı hazırlayan The Atlantic jurnalisti Sara Fits patrik ətrafında qalmaqal yaranıb. MS Now-un məlumatına görə, FBI Patelin iş vərdişləri və “həddindən artıq içki qəbul etməsi” ilə bağlı məlumatların jurnalistə sızdırılıb-sızdırılmadığını araşdırır.

Redaksiya MS Now və The Atlantic-ə istinadla xəbər verir ki, iddia olunan araşdırma “criminal leak investigation” kimi təqdim edilir. Bu cür araşdırmalar adətən məlumatı mətbuata ötürən dövlət rəsmilərinə yönəlir, jurnalistin özünü hədəfə alması isə qeyri-adi hal kimi qiymətləndirilir.

FBI sözçüsü Ben Uilyamson iddianı təkzib edib. O bildirib ki, belə bir araşdırma yoxdur və jurnalistin istintaq obyekti olması barədə məlumat “tamamilə yanlışdır”.

The Atlantic-in baş redaktoru Cefri Qoldberq isə bildirib ki, əgər iddia doğrudursa, bu, azad mətbuata və ABŞ Konstitusiyasının Birinci düzəlişinə qarşı ciddi hücum sayılacaq. O əlavə edib ki, nəşr bu cür təzyiqlərdən çəkinməyəcək.

Qalmaqal Patelin The Atlantic və jurnalist Sara Fits patrikə qarşı 250 milyon dollarlıq böhtan iddiası qaldırmasından sonra daha da böyüyüb. Patel məqalədəki iddiaları yalan adlandırır, The Atlantic isə öz araşdırmasını müdafiə edir.