“Spartak” futbol üzrə Rusiya Kubokunun qalibi olub.
Redaksiya xəbər verir ki, həlledici matçda Moskva klubu “Krasnodar”ı penaltilər seriyasında məğlub edib.
Bu qələbə ilə “Spartak” tarixində beşinci dəfə Rusiya Kubokunu qazanıb.
Finaldan sonra keçirilən mükafatlandırma və bayram tədbirində maraqlı insident yaşanıb.
“Spartak” futbolçusu Pablo Solari kristal kuboku başı üzərinə qaldırarkən əvvəlcə kubokun qapağı düşüb, daha sonra isə əsas hissəsindən parça qopub.
Hadisə sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər arasında müzakirə yaradıb.
Klub üçün isə əsas nəticə dəyişməyib: “Spartak” mövsümü Rusiya Kuboku ilə başa vurub.
