Məşhur amerikalı rep ifaçısı Niki Minaj ABŞ prezidenti Donald Trampın keçirdiyi mətbuat konfransında iştirak edərək onunla bağlı diqqətçəkən açıqlamalar verib. Sənətçi çıxışı zamanı Trampa açıq dəstəyini ifadə edib və onu “prezidentin bir nömrəli fanatı” adlandırıb.
Redaksiya xəbər verir ki, Niki Minaj çıxışında ABŞ prezidenti Donald Tramp haqqında “Onun arxasında böyük bir güc var və Tanrı onu qoruyur” sözlərini səsləndirib. Bu bəyanat zalda iştirak edənlər və media nümayəndələri tərəfindən geniş müzakirələrə səbəb olub.
Mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp da Niki Minaja cavab verib. O, sənətçinin dırnaqlarını bəyəndiyini bildirərək zarafatla “Mən də dırnaqlarımı uzadacağam, çünki onları çox sevirəm” deyib.
Qeyd edək ki, Niki Minajın mətbuat konfransında iştirakı və Trampa açıq dəstək nümayiş etdirməsi sosial şəbəkələrdə və beynəlxalq mediada geniş rezonans doğurub, bu hadisə ABŞ-də siyasət və şou-biznes münasibətlərinin bir daha gündəmə gəlməsinə səbəb olub.
