Türkiyəli müğənni Serdar Ortaç bütün əmlakını yanında çalışan əməkdaşlarına və vəfat etmiş qardaşının uşaqlarına qoyacağını açıqlayıb.
Redaksiya xəbər verir ki, Ortaç İstanbulun İstinye səmtində bir evinin olduğunu və həmin əmlakın vəsiyyətində göstərilən şəxslər arasında bölüşdürüləcəyini bildirib.
Müğənni bu qərarı verərkən türkiyəli aktyor Kadir İnanırın vəsiyyətindən təsirləndiyini deyib. O, mal-mülkünün ailə üzvləri və uzun müddətdir yanında çalışan şəxslər arasında paylaşdırılmasını istədiyini qeyd edib.
Serdar Ortaç daha əvvəl də şəxsi həyatı və əmlakı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Son bəyanatı isə onun mirasının gələcəkdə necə bölüşdürüləcəyi barədə mövqeyini rəsmiləşdirir.
