Kanye Uestin Peterburq konserti ilə bağlı ziddiyyətli məlumatlar yayılıb

Kanye Uestin Peterburq konserti ilə bağlı ziddiyyətli məlumatlar yayılıb

Aytac Dəniz · Media ·

Amerikanın Access Opera agentliyi Kanye Uestin Sankt-Peterburqda planlaşdırılan konsertinin ləğv edildiyi barədə rəsmi açıqlama vermədiyini bildirib. Agentliyin mənbəsi mediada yayılan və guya şirkət nümayəndəsi ilə azarkeş arasında aparıldığı deyilən yazışmanın rəsmi mövqeni əks etdirmədiyini deyib. Bu barədə 78 kanalı məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Access Opera nümayəndəsi agentliyin adından danışmağa çalışan şəxslərin olduğunu, lakin konsertin ləğvi barədə nə rəsmi sosial media hesablarında, nə də şirkətin saytında hər hansı bəyanat yayımlandığını bildirib.

Bundan əvvəl bəzi media orqanları Maksim adlı Sankt-Peterburq sakininin Access Opera ilə yazışmasına istinad edərək konsertin ləğv edildiyini yazmışdı. Həmin materiallarda tədbirin Yeezy və Access Opera saytlarından silindiyi və məkanla bağlı müqavilə probleminin olduğu iddia edilirdi.

Kanye Uestin Rusiyadakı konsertlərinin təşkilatçısı Say Agency isə tədbirlərlə bağlı bütün rəsmi məlumatların çərşənbə günü açıqlanacağını bildirib. Buna görə də hazırda konsertin yekun statusu ilə bağlı təşkilatçıların yeni açıqlaması gözlənilir.