Macklemore Fələstinə dəstək üçün yeni turne elan edib

Macklemore Fələstinə dəstək üçün yeni turne elan edib

Aytac Dəniz · Media ·

Amerikalı reper Macklemore Free Palestine adlı yeni konsert turnesi elan edib. Turnenin bütün gəlirlərinin Fələstin xalqını və Fələstinə dəstək göstərən təşkilatları dəstəkləyən qurumlara yönəldiləcəyi bildirilib. Bu barədə Pitchfork məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, turnenin ilk mərhələsində Dublin, Paris və Londonda konsertlərin keçirilməsi planlaşdırılır. Macklemore tədbirlərdə onunla birlikdə çıxış edəcək digər sənətçilərin adlarının daha sonra açıqlanacağını bildirib. ABŞ-dakı əlavə konsert tarixlərinin də elan ediləcəyi gözlənilir.

Reper açıqlamasında son günlər ərzində Fələstinə açıq dəstək verən və bunun nəticələrindən çəkinməyən bir sıra sənətçilərlə əlaqə saxladığını deyib. O, turnenin musiqi ilə yanaşı, Fələstin məsələsinə diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Turnedən əldə ediləcək gəlirlərin Anera, Gaza Soup Kitchen, HEAL Palestine, Medical Aid for Palestinians, Palestine Children's Relief Fund və UNRWA USA daxil olmaqla bir sıra humanitar və ictimai təşkilatlara verilməsi planlaşdırılır. Macklemore bundan əvvəl də Fələstinə yardım üçün bir milyon dollar ayıracağını açıqlamışdı.