İsrail Baş naziri Benyamin Netanyahu, Qəzzaya hərbi müdaxilə planı üçün ABŞ Prezidenti Donald Tramp ilə birbaşa əlaqə qurmağa çalışır. Məlumata görə, Netanyahu əməliyyatın başlanması üçün Vaşinqtonun razılığını almaq istəyir.
Redaksiya Axios nəşrinə istinadla xəbər verir ki, yüksək səviyyəli israilli rəsmilərdən biri bu barədə təsdiq verərək bildirib: “Baş nazir Netanyahu, ABŞ Prezidenti Tramp ilə danışaraq Qəzzaya hərbi əməliyyat üçün yaşıl işıq almağa çalışır.”
Müşahidəçilər bu təmasların bölgədə atəşkəsin tamamilə pozulması və hərbi eskalasiyanın artması riskini yüksəltdiyini qeyd edirlər.
