Netanyahu Mamdaninin ittihamlarına sərt cavab verib

Netanyahu Mamdaninin ittihamlarına sərt cavab verib

Nizami Salmanov · Media ·

Nyu-York şəhərinin meri Zohran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunu müharibə cinayətkarı adlandıraraq onu Fələstin xalqına qarşı soyqırımın təşkilatçısı olmaqda ittiham edib. Bu barədə Haaretz qəzeti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Mamdani Netanyahunun Qəzzadakı hərbi əməliyyatlara görə məsuliyyət daşıdığını bildirib. O, daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində çıxardığı həbs qərarının nəzərə alınmalı olduğunu da bəyan etmişdi. Netanyahu ittihamları rədd edir və İsrailin hərbi əməliyyatlarını özünümüdafiə tədbirləri kimi təqdim edir.

Netanyahu isə Mamdaniyə cavabında onu HƏMAS-a dəstək verməkdə və Nyu-Yorkda yəhudilərə qarşı etirazları qızışdırmaqda ittiham edib. İsrailin Baş naziri Mamdaniyə müraciətlə onun mövqeyini utancverici adlandırıb.

Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İsrail hərbçilərinin fəaliyyəti barədə danışacağını və Mamdaninin mövqeyinə də toxunacağını bildirib. Tərəflərin qarşılıqlı açıqlamaları Netanyahunun Nyu-Yorka BMT Baş Assambleyasında iştirak üçün səfəri ərəfəsində səsləndirilib.