Netanyahu BMT-də çıxışında sürprizlər vəd edib

Netanyahu BMT-də çıxışında sürprizlər vəd edib

Nizami Salmanov · Media ·

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı üçün ABŞ-a gəlib. Onun Nyu-Yorkda bir sıra xarici liderlərlə görüşlər keçirməsi və daha sonra BMT tribunasından çıxış etməsi planlaşdırılır. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Netanyahu səfər ərəfəsində BMT-də İsrail və İsrail ordusu haqqında səsləndirilən ittihamlara cavab verəcəyini bildirib. O, İsrail hərbçiləri və ölkəsinin hərbi əməliyyatları barədə öz mövqeyini təqdim edəcəyini deyərək, "həqiqəti söyləyəcəyini" vurğulayıb.

Netanyahu ayrıca çıxışında "sürprizlərin" olacağını bildirib. İsrail rəsmiləri onun nitqində İran, Qəzza, İordan çayının qərb sahili və İsrailə qarşı beynəlxalq tənqidlərin əsas mövzular sırasında olacağını bildiriblər.

İsrail Baş nazirinin çıxışı Qəzzadakı müharibə və İsrailin hərbi əməliyyatları ilə bağlı beynəlxalq tənqidlərin davam etdiyi bir vaxta təsadüf edir. Netanyahu hökuməti isə İsrail ordusunun HƏMAS-a qarşı mübarizə apardığını və mülki əhalinin qəsdən hədəfə alınması ilə bağlı ittihamları rədd etdiyini bildirir.