İran Prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi hərbi və iqtisadi təzyiqlərə baxmayaraq müqaviməti davam etdirəcəyini bildirib. O, İranın sona qədər geri çəkilməyəcəyini vurğulayıb. Bu barədə İran mediası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Pezeşkian İran iqtisadiyyatında ciddi problemlərin olduğunu etiraf edib. Bununla belə, o, ölkənin ayaqda qalması üçün qarşıya çıxan bütün çətinliklərlə mübarizə aparacaqlarını deyib.
İran Prezidenti bildirib ki, Tehran hərbi təzyiq və iqtisadi sanksiyalar qarşısında geri çəkilmək niyyətində deyil. Onun sözlərinə görə, ölkə mövcud problemlərə baxmayaraq müqavimət və iqtisadi dayanıqlılıq siyasətini davam etdirəcək.
Pezeşkian son çıxışlarında da ABŞ və İsrailin təzyiqlərinin İranı öz əsas siyasi və təhlükəsizlik mövqelərindən imtina etməyə məcbur etməyəcəyini bildirib. O, eyni zamanda diplomatik danışıqların mümkünlüyünü tam istisna etmədiyini vurğulayıb.
